HƏLLƏR
Size uyğun həllərimizlə tanış olun
INTERCOM / DOMOFON SİSTEMLƏRİ
İnterkom sistemi sahələr və zonalar arasında əlaqə yaratmaq üçün nəzərdə tutulub. İnterkom görüntülü İP telefoniyanın lokallaşmış başqa bir növüdür. İnterkom sitemləri vasitələrinə selektorlu əlaqə, domofon, daxil olmanı məhdudlaşdıran oaqlar və sahələr üçün əlaqə cihazları aiddirlər. Video intercom sistemi binalarda görüntülü ve səsli danışma imkanı yaradar. Bundan başqa intercom cihazları üzərindən təhlükəsizlik kameralarını göstərə bilər, binalarınızdakı digər dairələrlə səsli danışa bilərsiniz. Günümüzdə intercom sistemləri lüks deyil,təhlükəsizlik baxımından zərurət halını almışdır. Fibernet müştəri ehtiyacına görə villalarda, binalarda ve təhlükəsizlik otaqlarında ən ideal video-audio ve ətraf təhlükəsizliyi üçün CCTV kamera sistemlərini təmin etməkdədir.
İnterkom sitemlərinin əsas üstünlüyü onların çoxfunksiyalı və geniş imkanlara malik olmalarıdır. Sistem istehsalatda, inzibati müəsissələrdə, ticarət obyektlərində, tədris mərkəzlərində, terminallarda və sair tikililərdə- tunellərdə, elektrik stansiyalarda, qazanxanalarda və yaşayış evlərində quraşdırıla bilər. İnterkom sistemlərinin bir növü video konfrans intercom sistemidir.
- İntercom / Domofon sistemi aşağıdakı hissələrdən ibarətdir
- İdarəedən prosessor
- Məsafədən idarəetmə cihazları
- Domofonlar
- Mikrofonlar
- Antenlər
- Qəbuledici cihaz
- Birləşdirici kabel kanalı
- Mikrofonlar