İNTERNET, IPTV və
VOIP TELEFON
XİDMƏTLƏRİYLƏ TANIŞ OLUN !

XİDMƏTLƏR

Xidmətlərimiz haqqında məlumat alın

FiberNET

  • Fibernet şirkəti fiziki şəxslərə və korporativ müştərilərə genişzolaqlı fiber optik internet xidmətləri göstərir.

Şirkətin fiber optik internet şəbəkəsi ən müasir tələblərə cavab verən Cisco vı DELL avadanlıqları üzərində qurulmuşdur.

Fiber optik şəbəkənin çəkilməsi insanların daha sürətli, daha keyfiyyətli və daha sərfəli internet xidmətlərindən istifadə etməsinə imkan yaradır. Çünki bu texnologiya məhdudiyyət tanımır.

Fiber optik şəbəkə vasitəsi ilə ötürülən informasiyanın həcmi digər şəbəkələrə nisbətən qat-qat yüksəkdir. Fiber optik internetə qoşulma abunəçilərə məlumatı 100 Mbit/saniyəyə qədər sürətlə qəbul etmək və ötürmək (upload, download) imkanı verir.

Fiber optik şəbəkə vasitəsi ilə təmin olunan internetdə sürət itkisi də olmur. Məlumatın ötürmə sürəti hava şəraiti və ya telefon xətti kimi amillərdən asılı olmur. Bu da yüksək keyfiyyətli xidmət göstərilməsini təmin edir.

FiberTV

  • IP TV-YƏ QOŞULMAQ ÜÇÜN SET TOP BOX (STB) AVADANLIĞININ OLMASI VACİBDİR.

Bu avadanlıq ilk dəfə qoşularkən 1 dəfə alınır. 156 Tv kanalı mövcuddur. Bunlardan Azərbaycan, İngilis, Türk, Rus kanalı olaraq bölünür. Kanalların arasında HD kanal mövcuddur.

Bu avadanlıq ilk dəfə qoşularkən 1 dəfə alınır.

Avadanlığın alış qiyməti:
1 ədəd STB – 59 AZN

İP TV-nin aylıq ödənişi hər bir tv üçün 10 AZN təşkil edir.
Qoşulma şirkətimiz tərəfindən pulsuz olaraq həyata keçirilir.
Qoşulma sifarişlərin sayından aslı olaraq 1-2 gün ərzində həyata keçirilir.
Aylıq ödənişi online olaraq ödəmə imkanı var.

İP TV-nin üstünlükləri:

156 Tv kanalı mövcuddur. Bunlardan Azərbaycan, İngilis, Türk, Rus kanalı olaraq bölünür. Kanalların arasında HD kanalmövcuddur.
İnternetə giriş üçün web browser imkanı var.
Youtube video portalına giriş imkanı var.
Bəzi Kanalların arxivasiyası var. Bu arxivasiya sizə gecikdiyiniz hər hansı proqramı təkrar izləməyə imkan verəcək.

FiberFON

  • İP telefon müasir həyatımızda çox geniş yayılır.Lakin onun haqqında məlumatımız azdır.

Biz sizə onun ilə daha yaxından tanış olmaq imkanı yaradırıq.Qısa desək İP telefon İP-ni əsasən səsi ötürmək üçün istifadə olunan texnologiyadır.

Onu göstərmək üçün VoİP ilə ifadə olunur ki, o da internet protokolu üzərindən səs deməkdir. Siqnalın telefondan telefona ötürülməsi üçün xüsusi qurğu olan İP şlüzlardan istifadə olunur.

Bu qurğu vasitəsilə verilişlərin bir şəbəkədən digər şəbəkəyə ötürülməsi təmin olunur.İP şlüzlər başqa cür desək İP serverlər bir tərəfdən dünyanın hər bir telefonu ilə birləşmək imkanı verirsə, digər tərəfdən internet ilə əlaqəni yaradır və bunun nəticəsində internetə qoşulmuş hər bir kompüter ilə birləşmək olur.

Telefon siqnalı şlüz vasitəsilə rəqəmləşdirilir, sıxılır, paketlərə paylanır və İP şəbəkə vasitəsilə TCP/İP protokolunu istifadə edərək lazım olan istiqamətə göndərilir. Sonra siqnal yenə bir şlüzdan keçərək telefon siqnalına çevrilir.