HƏLLƏR
Size uyğun həllərimizlə tanış olun
MƏRKƏZLƏŞMİŞ SƏS SİSTEMLƏRİ
Audio bildiriş və evakuasiyanın idarə edilməsi sistemlərinin qarşısında dayanan əsas tapşırıq insanları onların həyatına və sağlamlığına zərər verə biləcək təhlükələrdən qorumaq üçün yanğın və təhlükəsiz və operativ evakuasiya yolları haqda vaxtında xəbərdar etməkdir. İnsanların yanğın haqda xəbərdar edilməsi audio və işıq siqnallarının yanğının onların həyatına təhlükə törətdiyi otaqlara, habelə yanğının evakuasiya yollarını qarşısını kəsdiyi halda insanların qaldığı otaqlara ötürülməsi yolu ilə, habelə evakuasiya olunmağın lazım olduğunu, evakuasiya yollarını və təhlükəsizliyi təmin etməyə yönəldilmiş hərəkətləri bildirən şifahi məlumatın ötürülməsi yolu ilə gerçəkləşdirilir.
Mərkəzləşmiş səs sistemləri istehsal və ümumi təyinatlı kiçik, orta və iri obyektlərdə yanğın haqda xəbərdarlıq edir, evakuasiyanı idarə edir və şifahi məlumatın ötürülməsini və arxa planda musiqinin səsləndirilməsini yayımını təmin edir. Bütün sistemlər beynəlxalq yanğın təhlükəsizlik standartlarına uyğundur, səsin yüksək keyfiyyəti, genişlənmə üçün modul memarlığı, elementlərin yüksək etibarlılığı və quraşdırma və istifadə rahatlığı ilə fərqlənir. Obyektlərin ölçülərindən və təhlükəsizlik tələblərindən asılı olaraq analoq və rəqəmsal yanğın bildiriş sistemləri istifadə oluna bilər.
Bildiriş avadanlıqlarının siyahısına Plena Easy Line büdcə sistemi, multizonalı Plena VAS və qüvvətli rəqəmsal Praesideo daxildir. Bu siyahıya yanğın bildirişinin təşkili üçün lazım olan bütün komponentlər, o cümlədən reproduktorlar, mikrofonlar, mikserlər, uzaqdan nəzarət panelləri və müxtəlif aksesuarlar daxildir.
İP əsaslı səs sistemləri vasitəsiylə siz uzaqlığından asılı olmayaraq bütün səsləri bir mərkəzdən idarə edə bilərsiniz.
- Mərkəzləşmiş səs sisteeminə aid bəzi sistemlər aşağıda göstərilmişdir
- Analoq bildiriş sistemləri
- Plena Voice Alarm System-in fəaliyyətinin avtomatlaşdırılmış nəzarəti
- Səsin idarə edilməsi üçün komponentlər
- Orta və iri ölçülü obyektlər üçün rəqəmsal sistem
- Tavan və ya divar montajı üçün reproduktorların geniş seçimi
- Yanğın zamanı bildiriş sisteminin yüksək davamlılığı