HƏLLƏR
Size uyğun həllərimizlə tanış olun
YANĞIN SİQNALİZASİYASI
Yanğın Təhlükəsizliyi Sistemləri
Yanğın siqnalizasiyasının vasitələri yanğının ilkin mərhələdə aşkar edilməsi və yanğının yaranma vaxtı və məkanı haqqında həyəcan siqnalını ötürmək və lazım olarsa avtomatik söndürmə və tüstüsovurma sistemlərinin işə salınmasıdır. Yanğın siqnalizasıyası yanğının ilkin əlamətlərinə (tüstü, istilik, alov) reaksiya verir.
Yanğın mühafizə siqnalizasiyasi isə özündə həm mühafizəni (qapı və ya pəncərənin açılması), həm də yanğına aid funksiyaları birləşdirir. Yanğın siqnalizasiyasının quraşdırılması iki hissədən ibarətdir – avtomatik (tüstü, istilik və kombinə edilmiş) və manual yanğın xəbər vericiləri.
- Yanğın siqnalizasıyasının əsas elementləri aşağıda göstərilənlərdir:
- Yanğın xəbərvericiləri
- Qəbul nəzarət cihazları
- Yanğın siqnalizasiya şleyfləri
- İdarəetmə cihazları
- Məlumatların ötürülməsi sitemi
- Retroötürücülər
- Axırıncı pult cihazları
- Mərkəzi monitorinq pultları